Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Muzeydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan videokonfrans keçirilib
10.05.2020 11:46
  • A-
  • A
  • A+

Muzeydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan videokonfrans keçirilib

Mayın 9-da ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi əməkdaşlarının iştirakı ilə “Davam edən böyük yol” adlı videokonfrans keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq qurumda ümumilli lider Heydər Əliyevin xatirəsinin sessiya və konfranslarla anılması ənənəsinin bu günlərdə onlayn şəkildə davam etdirildiyini vurğulayıb.

Akademik R.Hüseynov 9 May – faşizm üzərində Qələbə gününün qəhrəmanlıq tariximizdəki yerindən bəhs edərək, dahi lider Heydər Əliyevin bu zəfər gününə olan xüsusi rəğbətindən danışıb. Qeyd edib ki, görkəmli dövlət xadiminin bütün həyatı və çoxşaxəli fəaliyyətini qələbələr silsiləsi adlandırmaq olar. Ulu öndər ölkəmizi yüksəltmək, Azərbaycan millətini tarix içərisində irəliləyən güclü xalqa çevirmək, o cümlədən Azərbaycanın adını dünyada təsdiqlətmək istiqamətində əvəzsiz işlər görüb.

Muzeyin direktoru bildirib ki, 1993-cü ildə daxili və xarici qüvvələrin təsiri altında müstəqilliyimizin itirilməsinə dair təhlükələrin yarandığı, Azərbaycanın taleyinin sınağa çəkildiyi bir dövrdə Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıdıb və Azərbaycanın istiqlal bayrağını ucaldıb.

R.Hüseynovun sözlərinə görə, ulu öndərin xalqımız üçün gördüyü işlərin böyük hissəsi Azərbaycanın müstəqillik qazanmasından sonrakı dövrə aiddir. Alim ümummilli liderin siyasi fəaliyyətinin və mücadiləsinin 1993-cü ildən sonrakı, ölkə müstəqilliyinin əldə edildiyi və dövlətçilik təməllərinin qurulduğu dövrü Azərbaycan tarixində yeni səhifə adlandırıb: “Azərbaycanın bu gün yolunu istiqlal içərisində davam etdirməsində Heydər Əliyevin müstəsna xidmətləri var. Müasir Azərbaycan dövlətinin quruculuğu yolunda onun əməyi hər zaman xalqımız tərəfindən minnətdarlıq duyğuları ilə anılacaq”.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin quruculuğu təməllərini atması və həyata keçirdiyi layihələr sayəsində bu gün ölkəmiz dünyaya bir günəş kimi parlayır, nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, eyni zamanda dünyanın mühüm enerji layihələrində aparıcı qüvvəyə çevrilib. Azərbaycanın ölkələr arasında nüfuzu getdikcə artıb. “Bu nailiyyətlərin əldə olunması üçün Azərbaycan uzun bir yol keçib”, – deyə bildirən muzey direktoru qeyd edib ki, H.Əliyevin yaratdığı bu yol davam etdikcə Azərbaycan daha böyük zəfərlərə nail olacaq.

Sonra muzeyin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin “Heydər Əliyevin ədəbiyyat siyasəti” adlı məruzəsi dinlənilib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının ədəbi-bədii irsinə, ədəbiyyat xadimlərinə göstərdiyi xüsusi qayğıdan və bunun əməli təzahürlərindən bəhs edib. 

Daha sonra muzeyin Beynəlxalq əlaqələr və komprativistika şöbəsinin müdiri, professor Şəfəq Əlibəyli “Heydər Əliyev: həyat həqiqətləri” mövzusunda çıxış edərək Heydər Əliyev şəxsiyyəti, onun ölməz xatirəsi haqqında dəyərli fakt və mülahizələrini səsləndirilib. Alim bildirib ki, insana sevgi, ailəyə bağlılıq Heydər Əliyev mənəviyyatının özəyini təşkil edir.

Tədbirdə, həmçinin “Azərbaycançılıq ideyasının inikasında Nizami muzeyinin rolu” adlı məruzə ilə çıxış edən muzeyin İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, fil.ü.f.d. Nəzmiyyə Yigitoğlu muzeyin ekspozisiyasında Heydər Əliyev ədəbiyyatsevərliyinin və azərbaycançılıq ideyasının izahı və inikası məsələlərindən bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: