Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxana geologiya və coğrafiya elmləri üzrə elektron kitabları oxuculara təqdim edib
11.05.2020 14:11
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana geologiya və coğrafiya elmləri üzrə elektron kitabları oxuculara təqdim edib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası elektron kitabların təqdimatını davam etdirir.

Bu dəfə geologiya və coğrafiya elmləri üzrə elektron kitablar, eləcə də monoqrafiya və dərsliklər pdf formatda oxuculara təqdim olunub. Kitablar alimlər, tədqiqatçılar, müəllimlər və universitet tələbələri üçün faydalı ola bilər.

Xatırladaq ki, Mərkəzi Elmi Kitabxananın istifadəçiləri kitabxananın “Elektron kitablar” verilənlər bazasına daxil olub, nəşri pdf formatda yükləyə bilərlər. Bu xidmət “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq müəlliflik hüququ haqqında razılaşma əsasında tənzimlənir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: