Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yer kürəsinə ən yaxın qəhvəyi cırtdanda bulud qatı aşkar edilib
12.05.2020 12:05
  • A-
  • A
  • A+

Yer kürəsinə ən yaxın qəhvəyi cırtdanda bulud qatı aşkar edilib

Bu yaxınlarda astronomlar çox böyük teleskopun köməyilə Yer kürəsinə ən yaxın qəhvəyi cırtdan olan Luhman 16A-da Yupiteri bürüyən oxşar bulud qatlarının olduğunu müəyyən ediblər. 

Qəhvəyi cırtdan alimlər üçün kəşf olmasa da, polyarimetriya kimi tanınan “Caltech” texnikası, başqa sözlə, bu metodun son texnologiya tətbiqləri nisbətən yeni hesab edilir.

poisknews.ru saytının məlumatına görə, o, gün eynəklərinin analogiyası üzrə işləyir: alimlər müəyyən polyarlaşmaların işığını filtrasiya edərək bu işığın keçdiyi mühiti müəyyənləşdirə bilərlər.

Tədqiqatçıların modelləri göstərib ki, buludların bəzi sahələri tufanlıdır, buna görə də qəhvəyi cırtdandakı hava Yupiterdə olduğu kimi sabit olmaya bilər.

Tədqiqatın həmmüəlliflərindən biri olan kosmik teleskopun Elmi İnstitutunun mütəxəssisi Jülyen Jirar bildirib ki, cırtdanda mövcud olan tufanlar silikatlar və ya ammonyak kimi maddələrin üzərinə yağış tökə bilər.

Alimlər komandası gələcəkdə ekzoplanetlərin ətrafında aparılan tədqiqatlar zamanı bu metodu istifadə etməyi planlaşdırırlar.

  • Paylaş: