Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Neft və qaz sektorunun təhlükəsizliyi məsələlərinə dair tədqiqatlar aparılır
13.05.2020 10:40
  • A-
  • A
  • A+

Neft və qaz sektorunun təhlükəsizliyi məsələlərinə dair tədqiqatlar aparılır

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri Şakir Mehdiyev və Təhmasib Fətəliyevin həmmüəllifi olduqları “Sənaye 4.0: Neft və qaz sektorunun təhlükəsizliyi və fərdi məlumatların qorunması” (“Industry 4.0: The Oil and Gas Sector Security and Personal Data Protection”) adlı məqalə nüfuzlu “International Journal of Engineering and Manufacturing” (IJEM) jurnalında dərc olunub.

Tədqiqat işində “ağıllı” mədən, “ağıllı” şəbəkə, “ağıllı” xidmət, “ağıllı” nəql, “ağıllı” təhlükəsizlik və s. tərkib hissələrdən ibarət olan neft və qaz sektorunda “ağıllı” video nəzarət alt sisteminin yaradılması modeli təklif olunub. Həmçinin sektorun istehsalat strukturlarında təhlükəsizlik və fərdi məlumatların qorunması üçün konseptual vəzifələr nəzərdən keçirilib, müvafiq tövsiyələr verilib.

Məqalə AR Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi (SOCAR EF 2019) “Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiber-fiziki infrastrukturunun formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” qrant layihəsi çərçivəsində hazırlanıb.

Qeyd edək ki, IJEM jurnalı “Google Scholar”, “CrossRef”, “Microsoft Academic Search” və s. beynəlxalq elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: