Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan və İtaliya alimlərinin birgə tədqiqatlarının nəticələri beynəlxalq jurnalda dərc olunub
13.05.2020 12:43
  • A-
  • A
  • A+

Azərbaycan və İtaliya alimlərinin birgə tədqiqatlarının nəticələri beynəlxalq jurnalda dərc olunub

Geologiya və Geofizika İnstitutunun (GGİ) Yer fizikası bölməsinin Müasir geodinamika və kosmik geodeziya şöbəsinin rəhbəri, akademik Fəxrəddin Qədirov, Seysmologiya və geomaqnetizm şöbəsinin rəhbəri vəzifəsini icra edən, Yer elmləri doktoru, dosent Qulam Babayev, GGİ-nin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Səfərov, eləcə də Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, RSXM-nin mütəxəssisi Şirin İslamova və italiyalı professor Luçiano Teleskanın həmmüəllifi olduqları “Mingəçevir su anbarı ərazisində (Azərbaycan) zaman ərzində suyun səviyyəsinin dəyişilməsi ilə seysmikliyin əlaqəsinin təhlili” adlı məqalə "Web of Science" beynalxalq bazasına daxil olan “Journal of Seismology” jurnalında dərc olunub.

Məqalədə “koreloqram-əsaslı periodoqram analizi” üsulu tətbiq edilib, Mingəçevir su anbarı mərkəzindən 30 km radiusda davamlı baş verən zəif və orta güclü zəlzələlərin baş vermə səbəblərindən birinin su səviyyəsinin illik kəskin dəyişmələri olduğu göstərilib. Həmçinin bu təsirin dərinliyə və uzaqlığa görə dəyişmə qanunauyğunluqları araşdırılıb.

Tədqiqatlar AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurası (CNR) arasında imzalanmış elmi əməkdaşlıq üzrə müqavilə əsasında CNR-in Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun Yer elmləri və ətraf mühit departamenti ilə birlikdə “Mingəçevir ərazisində (Azərbaycan) su anbarında yaranan yönəldilmiş seysmik effektin tədqiqi və seysmik təhlükənin qiymətləndirilməsi” adlı layihə çərçivəsində aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: