Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Kolleksiyalarda və dünya kitabxanalarında Azərbaycan əlyazmaları” mövzusunda vebinar keçirilib
18.05.2020 11:26
  • A-
  • A
  • A+

“Kolleksiyalarda və dünya kitabxanalarında Azərbaycan əlyazmaları” mövzusunda vebinar keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları “Zoom: Video Conferencing” platforması üzərindən keçirilən “Kolleksiyalarda və dünya kitabxanalarında Azərbaycan əlyazmaları” adlı elmi vebinarda iştirak ediblər.

Vebinarın moderatoru Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Şəhla Xəlilli xalqımızın əsrlər boyu yaratdığı mənəvi sərvətlər xəzinəsində xüsusi yer alan yazılı abidələrdən, Azərbaycan əlyazma kitabının mövzu və məzmun baxımından zənginliyindən danışıb. O, Əlyazmalar İnstitutunun fondlarında qorunan əlyazma kolleksiyaları barədə məlumat verib.

Trabzon Universitetinin müəllimi Kamran Abdullayev çıxışında Azərbaycanda olan əlyazma kolleksiyalarında, dünya kitabxana, muzey və arxivlərində mühafizə olunan Azərbaycan müəlliflərinin qələminə məxsus əlyazmalardan, ölkəmizdə kitabxana işinin tarixindən və xəttatlıq məktəblərindən söz açıb.

Sonra Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə çıxış edərək institutun fondunda mühafizə olunan 5 mühüm və qədim əlyazmanın UNESCO-nun “Dünya Yaddaşı” siyahısına əlavə edildiyini vurğulayıb.

Dialoqa qatılan Orеa əsr Ağsu şəhər Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli isə Əlyazmalar İnstitutundakı əlyazmaların UNESCO-nun sözügedən siyahısına salınmasında akademik Teymur Kərimlinin gördüyü işləri yüksək qiymətləndirib.

İnstitutun Əlyazmaların və əski çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova XI əsr müəllifi Xətib Təbrizinin şərhinin avtoqraf nüsxəsi haqqında danışıb, bu nüsxənin əlyazmaşünaslar tərəfindən tədqiqinin elmi əhəmiyyət daşıdığını bildirib.

Qeyd edək ki, vebinar Əlyazmalar İnstitutu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin əməkdaşlığı çərçivəsində təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: