Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinə sənəd qəbulunun vaxtı uzadılıb
18.05.2020 12:05
  • A-
  • A
  • A+

“Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinə sənəd qəbulunun vaxtı uzadılıb

Xüsusi karantin rejimi ilə əlaqədar olaraq AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda keçirilən “Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinə sənəd qəbulunun vaxtı uzadılıb.

Namizədlər mayın 31-dək son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzələrini Gənc Alim və Mütəxəssislər Şurasının elektron poçtuna göndərə bilərlər.

Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı və institutun Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə bu elmi müəssisənin gənc alim, doktorant, dissertant və magistrantlarının iştirakı nəzərdə tutulub. Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda ölkə səviyyəsində karantin rejimi tətbiq olunduğu üçün müsabiqəyə sənəd qəbulu onlayn aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: