www.science.az
18.05.2020 14:28

ABŞ-da koronavirusa qarşı potensial peyvəndlərin 14 variantı seçilib

ABŞ ekspertləri COVID-19 infeksiyasına qarşı potensial vaksinlərin 14 variantını seçiblər.

rbc.ru saytı xəbər verir ki, bu barədə ABŞ Prezident Administrasiyasından məlumat verilib.

“Hakimiyyət orqanlarında çalışan ekspertlərimiz bütün dünya üzrə sınaqları keçirilən potensial vaksinlərin 80-dən çox farmaseptik şirkət tərəfindən təqdim olunan 93 variantının qiymətləndirilməsində iştirak ediblər. Onlar daha perspektivli görünən 14 vaksin variantını seçiblər. Hazırda həmin vaksinlərin sayının azaldılması üzrə çalışmalar davam edir”, – deyə məlumatda bildirir.

Peyvəndin ilin sonuna qədər və daha tez əldə ediləcəyi güman olunur. Vaksinlər ABŞ ərazisində istehsal olunacaq.

Qeyd olunub ki, ABŞ hakimiyyət orqanları vaksinlərin sınaqlarının sürətləndirilməsi və onların istifadəsinə icazələrin alınması üçün bütün zəruri tədbirləri görəcək.