Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.05.2020 10:25
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunun bir sıra əməkdaşlarına ərzaq yardımı edilib

Riyaziyyat və Mexanika İnstitutunun bir sıra əməkdaşlarına ərzaq yardımı edilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ramazan bayramı münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent İradə Mirzəzadə qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, ölkəmizdə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsinə dövlət səviyyəsində hər zaman diqqət yetirildiyini qeyd edib, ölkə rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın milli və dini tolerantlıq baxımından bütün dünyaya nümunə olduğunu vurğulayıb.

Komitə sədri, həmçinin dünyanı əhatə edən COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, eləcə də əhalinin sağlamlığının mühafizəsi üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib. Əlavə edib ki, bunun nəticəsi olaraq hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmur.

O, bildirib ki, virusun yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiq edilməsini nəzərə alaraq bir sıra aztəminatlı ailələrə, müvafiq dövlət qurumlarında işləyən əməkdaşlara yardımlar göstərilir.

İ.Mirzəzadə institutun Həmkərlar İttifaqı Komitəsi adından qurumun xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı əməkdaşlarına Ramazan bayramı münasibətilə ərzaq sovqatı təqdim edib.

Sonda komitə sədri hər kəsi koronavirusla bağlı verilən tövsiyələrə əməl etməyə çağırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: