www.science.az
21.05.2020 14:31

İnformasiya Texnologiyaları İnstitutunun 31 əməkdaşına ərzaq yardımı paylanılıb

Ramazan bayramı münasibətilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi və bu müəssisənin Həmkarlar Təşkilatının təşəbbüsü ilə qurumun aztəminatlı əməkdaşlarına ərzaq yardımı göstərilib.

Tədbir zamanı çıxış edən institutun Həmkarlar Təşkilatının sədri Səyyar Abdullayev bildirib ki, Ramazan ayı özündə bir çox mənəvi zənginlikləri ehtiva edir və bunlardan biri də insanlara yardım göstərməkdir. O, müəssisə tərəfindən aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl addımların atıldığını diqqətə çatdırıb.

Daha sonra institutun 31 əməkdaşına ərzaq yardımı paylanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.