Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix İnstitutunun şöbə müdiri beynəlxalq onlayn konfransda iştirak edib
22.05.2020 11:18
  • A-
  • A
  • A+

Tarix İnstitutunun şöbə müdiri beynəlxalq onlayn konfransda iştirak edib

AMEA-nın Tarix İnstitutunun Azərbaycan-Rusiya əlaqələri tarixi şöbəsinin müdiri, professor İkram Ağasiyev Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Milli Mübarizə hərəkatı üçün Samsuna yürüşünün 101-ci ildönümünə həsr olunan beynəlxalq onlayn konfransda iştirak edib.

İkram Ağasiyev onlayn tədbirdə “Atatürk dönəmində Türkiyədə tarix elminin konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib.

Beynəlxalq konfrans İstanbul Universitetinin Atatürk Prinsipləri və İnqilab Tarixi İnstitutu və İstanbul 29 Mayıs Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransın əsas məruzəçisi İstanbul 29 Mayıs Universitetinin əməkdaşı, doktor Zekeriya Türkmen, moderatoru isə Atatürk Prinsipləri və İnqilab Tarixi İnstitutunun direktoru, professor Mustafa Budak olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: