www.science.az
22.05.2020 10:09

Fəlsəfə İnstitutunun əməkdaşlarına ərzaq yardımı edilib

AMEA-nın Fəlsəfə İnstitutunun Həmkarlar Təşkilatı və Azad Həmkarlar İttifaqı (AHİ) tərəfindən koronavirus pandemiyası və Ramazan bayramı ilə əlaqədar aztəminatlı əməkdaşlara ərzaq yardımı edilib.

Mərasimdə AHİ-nin sədri, professor Habil Qurbanov bildirib ki, aksiyanın keçirilməsində məqsəd COVİD-19 pandemiyası dövründə insanların sosial rifahını yaxşılaşdırmaq, ehtiyacı olan şəxslərə dəstək göstərməkdir.

Daha sonra institutun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı əməkdaşlara ərzaq sovqatını təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.