Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dialoq mədəniyyəti və müasirlik” kitabı işıq üzü görüb
31.05.2020 14:53
  • A-
  • A
  • A+

“Dialoq mədəniyyəti və müasirlik” kitabı işıq üzü görüb

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalovun “Dialoq mədəniyyəti və müasirlik” kitabı işıq üzü görüb.

Dialoq və dialoq mədəniyyəti probleminə həsr olunan nəşrin elmi redaktoru professor İlham Məmmədzadə, rəyçiləri professorlar Əlikram Tağıyev və Sakit Hüseynovdur.

Mədəniyyət, sivilizasiya, kommunikasiya, dinlərin qarşılıqlı münasibətləri, elm və bilik, insanın etik, ekzistensial və s. problemləri monoqrafiyanın əsas xəttini təşkil edir. Dialoq fəlsəfəsi və dialoq mədəniyyəti tədqiqatda xalqlar, millətlər, sivilizasiyalar və insanlararası münasibətlərin yeni mərhələyə yüksəldilməsi, sülh və harmoniyaya yönəldilməsi işində katarsis kimi təqdim edilir.

Kitabda “Azərbaycan modeli”, “Bakı prosesi” paradiqmasının ideya əsaslarına, Dağlıq Qarabağ probleminin mənbələri və nizamlanma perspektivinə dialoq kontekstində real fəlsəfi-siyasi baxış əks olunub.

Monoqrafiya dialoq, dialoq mədəniyyəti, kommunikasiya, sülh və təhlükəsizlik və s. humanitar problemlə məşğul olan, alim, tədqiqatçı, dissertant, tələbə və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: