Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçəcək
03.06.2020 12:59
  • A-
  • A
  • A+

Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçəcək

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı  ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu (İTİ) arasında tələbələrin istehsalat təcrübəsi keçmələrinə dair müqavilə imzalanıb.

Müqaviləyə əsasən, MDU-nun Bakı filialının “Tətbiqi riyaziyyat” fakültəsinin IV kurs tələbələri 2020-ci ilin 31 avqust – 12 sentyabr tarixlərində İTİ-də istehsalat təcrübəsi keçəcəklər.

İnformasiya texnologiyaları sahəsində tədqiqat aparan tələbə-gənclərə institutda istehsalat təcrübəsi müddətində nəzəri və texnoloji biliklər aşılanacaq. Həmçinin tələbələrin tədqiqat mövzusu ətrafında araşdırma aparmaq, əlaqəli işlərin icmalını hazırlamaq, elmi mənbələrin axtarışı, beynəlxalq təcrübədə mövcud olan qiymətləndirmə üsullarının tədqiqi, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və əsaslandırılması, tədqiqat zamanı əldə edilmiş nəticələrin təqdim edilməsi bacarıqları inkişaf etdiriləcək.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: