Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Beynəlxalq onlayn konqresdə Naxçıvanın dulusçuluq sənəti barədə məlumat verilib
05.06.2020 20:02
  • A-
  • A
  • A+

Beynəlxalq onlayn konqresdə Naxçıvanın dulusçuluq sənəti barədə məlumat verilib

Türkiyənin Şanlıurfa şəhərində onlayn keçirilən Göbəklitəpə Beynəlxalq Sosial və Bəşəri Elmlər Konqresində AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Erkən Tunc dövründə Naxçıvanda dulusçuluq” mövzusunda məruzə ilə çıxış edib.

Toğrul Xəlilov çıxışında Naxçıvanın qədim sənətkarlıq sahələrindən olan dulusçuluq haqqında məlumat verib. Alim məruzəsində muxtar respublika ərazisində Erkən Tunc dövrü abidələrindən aşkar olunan keramika məmulatlarının müqayisəsini aparıb. O, Kür-Araz mədəniyyətinin əsas mərkəzlərindən biri olan Naxçıvanda bu mədəniyyətin formalaşması tarixinin qədim olduğunu qeyd edib.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, Türkiyənin Şanlıurfa şəhərinin düşmən işğalından azad edilməsinin 100 illiyinə həsr olunan tədbir Harran və İqtisad universitetlərinin birgə təşkilatçılığı ilə keçirilib. Konqresdə “Zoom” proqramı vasitəsilə bir sıra ölkələrin alim və mütəxəssisləri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: