Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Bakı Elm Festivalı-2014” çərçivəsində AMEA Geologiya və Geofizika İnstitutunda məruzələr dinlənilib
11.11.2014 00:00
  • A-
  • A
  • A+

“Bakı Elm Festivalı-2014” çərçivəsində AMEA Geologiya və Geofizika İnstitutunda məruzələr dinlənilib

Noyabrın 10-da AMEA Geologiya və Geofizika İnstitutunda “Bakı Elm Festivalı-2014” çərçivəsində elmin müxtəlif sahələri üzrə məruzələr dinlənilib. Qafqaz Universitetinin gənc alimi Bəhman Məmmədov “Riyaziyyatın tədrisində əyləncəli metodlardan istifadə”, AMEA Eroziya və Suvarma İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli “Azərbaycanda torpaqların meliorasiyasının mövcud vəziyyəti və perspektivləri”, Bakı Dövlət Universitetinin müəllimi Fərda İmanov isə “Azərbaycan Respublikasının su ehtiyatları və su təhlükəsizliyi” mövzularında çıxış ediblər. Elmi-ictimai üslubda təşkil olunmuş çıxışlar geoloq və geofiziklər tərəfindən böyük maraqla qarşılanıb.

Bu gün - festivalın 2-ci günündə AMEA Aqrar Elmləri Bölməsinin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Tubuxanım Qasımzadə “Ekoloji normalaşdırmada tədqiqat məlumatlarının tətbiqi və populyarlaşdırılması”, Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəyeva “Multi kulturalizm və gender”, Qafqaz Universitetinin əməkdaşı Rüfət Hüseynov “Biznesin idarə edilməsi”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Fəqan Əliyev “Memarlıq və inşaat elmində yaşıl iqtisadiyyat və nanotexnologiyaların tətbiqi”, Daxili İşlər Nazirliyi Polis Akademiyasının əməkdaşı Yusif Hüseynov “Kibercinayətkarlıqla mübarizənin aktual məsələləri”, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Həmid Həmidov isə “Neyro linqvistik proqramlaşdırma” mövzularında məruzələrlə çıxış edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: