www.science.az
12.11.2014 00:00

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Rəhbər Heyətin MM məşqi keçirilib

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 2014-cü il üçün Mülki Müdafiə tədbirlər planına müvafiq olaraq institutda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda Rəhbər Heyətin MM məşqi keçirilib.

AMEA-nın Rəyasət Heyətinin II-ci Xüsusi şöbəsinin verdiyi tövsiyələr əsasında institutun Mülki Müdafiə qərargah rəisi İlqar Əliyev tərəfindən Təqvim planı tərtib edilib.

Tədbirdə çıxış edəb institutun elmi işlər üzrə direktor müavini – Fövqəladə Hallar komissiyasının sədri, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Mülki Müdafiə planının reallığının, İdarəetmə və xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, Rəhbər heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə biliklərinin təkmilləşdirilməsi barədə ətraflı məlumat verib.

M.Babanlı məşq zamanı ortaya çıxan çatışmazlıqları qeyd edərək, onların qısa vaxtda aradan qaldırılması istiqamətində tapşırıqlarını verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.