www.science.az
12.11.2014 00:00

“İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində Tədqiqat və İnnovasiya” mövzusunda məlumat günü keçiriləcək

Noyabrın 13-də saat 9:30-da AMEA-nın Əsas binasında Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə proqramı “Horizon-2020” çərçivəsində Şərq Əməkdaşlığına həsr edilmiş “İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində Tədqiqat və İnnovasiya” mövzusunda məlumat günü keçiriləcək. Tədbirdə “Horizon-2020” proqramı çərçivəsində Avropa Birliyi, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmin təşkilatların İKT sahəsində birgə fəaliyyət imkanları müzakirə olunacaq.

Ünvan: Bakı şəhəri, H.Cavid pros., 115, AMEA-nın əsas binası (II mərtəbə)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.