Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Nəbatat Bağının gənc tədqiqatçılarının məqaləsi beynəlxalq jurnalda dərc olunub
01.07.2020 10:39
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağının gənc tədqiqatçılarının məqaləsi beynəlxalq jurnalda dərc olunub

AMEA-nın Mərkəzi Nəbatat Bağının İnformasiya texnologiyaları şöbəsinin müdiri Yusif Abiyev, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev, eləcə də Türkiyənin Qaradəniz Texniki Universitetinin alimləri, professorlar Selçuk Gümüş və Fevzi Karslının həmmüəllifi olduqları “Samur-Yalama Milli Parkının meşə örtüyünün inkişaf dinamikasının analizi” adlı məqalə “European Journal of Forest Engineering” jurnalında dərc olunub.

Məqalədə aerokosmik görüntülər vasitəsilə Samur-Yalama Milli Parkının meşə örtüyünün 1984-2019-cu illər ərzində inkişaf dinamikası öyrənilib.

Qeyd edək ki, “Forest Engineering and Technologies (FETEC) Platform” təşkilatı tərəfindən təsis edilən jurnal “Web of Science” və “Ulakbim” beynəlxalq bazalarına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: