Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Geologiya və Geofizika İnstitutunun aztəminatlı əməkdaşlarına ərzaq yardımı göstərilib
01.07.2020 11:00
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun aztəminatlı əməkdaşlarına ərzaq yardımı göstərilib

AMEA-nın Azad Həmkarlar İttifaqı və Geologiya və Geofizika İnstitutunun Həmkarlar Təşkilatı ölkədə koronavirus pandemiyası ilə mübarizə aparıldığı dövrdə Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışını rəhbər tutaraq institutun aztəminatlı əməkdaşlarına ərzaq yardımı göstəriblər.

Sosial məsafə gözlənilməklə institutun Həmkarlar Təşkilatının sədri Kamran Əliyevin və bir qrup məsul şəxsin iştirakı ilə elmi müəssisədə çalışan aztəminatlı əməkdaşlara ərzaq yardımı təqdim olunub. Yardım paketləri 15 növ gündəlik tələbat və ərzaq məhsulundan ibarət olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: