Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Metafizika” jurnalının yeni nömrəsi işıq üzü görüb
01.07.2020 11:08
  • A-
  • A
  • A+

“Metafizika” jurnalının yeni nömrəsi işıq üzü görüb

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının sayca 10-cu nömrəsi işıq üzü görüb.

Nəşrin bu sayında Azərbaycan, rus, və fars dillərində məqalələr yer alıb. Belə ki, jurnalda tarix elmləri doktoru Ələkbər Ələkbərovun “Ümumi bilinənlər haqqında bilinməyənlər”, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazovun “İslahat konsepsiyasının bəzi terminoloji əsasları: analitik təhlil”, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəfəq Əhmədovanın “XVIII əsrin əvvəllərindən XIX əsrin əvvəllərinədək Rusiyanın Qafqazda siyasəti (tarixi informasiya)”, fəlsəfə üzrə fəlsəfə doktoru Vaqif Quliyevin “Fərabi irsində nəzər və əməlin vəhdəti kontekstində formadan məzmuna açılan yol” mövzusunda məqalələri təqdim olunub.

Həmçinin Seyid Cavad Mirinin “Farabi fəlsəfəsi və onun Yunan ənənəsindən fundamental ayrılması Qasım Pur Həsənin Farabi fəlsəfəsinə dair izahatına tənqidi yanaşma” və Nicat Yəhyazadənin “Mir Məhəmməd Kərim Bakuvinin elmi-ictimai həyatı və “Kəşfül-həqaiq” təfsiri” adlı məqalələri də jurnalın yeni nömrəsində əksini tapıb.

Jurnal “International Index Copernicus”, “OCLC”, “Ideal Online”, “EBSCO”, “DIIF”, “DRJI”, “CiteFactor”, “ISC”, “SID”, “OAJI”, “SIS”, “Cosmos Impact Factor” və digər nüfuzlu bazalarda qeydiyyata alınıb.

Qeyd edək ki, müxtəlif ölkələrdən tanınmış alimlərin təmsil olunduğu jurnalın redaksiya heyətinin sədri AMEA-nın müxbir üzvü Könül Bünyadzadədir. Jurnalda elmi, tarixi, bədii, fəlsəfi, sənətşünaslıq axtarışlarına həsr edilən araşdırmalara yer verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: