Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Vaqif Fərzəliyev BDU-nun Kimya fakültəsinin tələbələrinin onlayn müdafiəsinə sədrlik edib
02.07.2020 10:14
  • A-
  • A
  • A+

Akademik Vaqif Fərzəliyev BDU-nun Kimya fakültəsinin tələbələrinin onlayn müdafiəsinə sədrlik edib

İyulun 1-də AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin sədrliyi ilə Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin IV kurs tələbələrinin yekun diplom işlərinin onlayn müdafiəsi keçirilib.

İxtisaslaşdırılmış Müdafiə Şurasının iclasında "Kimya" və "Kimya mühəndisliyi" ixtisaslaşmaları üzrə Azərbaycan, rus və ingilis dili bölmələri üzrə 15 tələbə yerinə yetirdikləri elmi işlərini təqdim edib. Tələbələr tədqiqatlarının aktuallığı, elmi yeniliyi, əldə etdikləri nəticələr barədə danışıb, şura üzvlərinin suallarını cavablandırıblar.

Təqdimatlar ətrafında Komissiyanın sədri, akademik Vaqif Fərzəliyev, Kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizov, fakültənin dekan müavini Fuad Kərimli, Üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov, Qeyri-üzvi kimya kafedrasının müdiri, professor Teymur İlyaslı, Neft-kimya kafedrasının müdiri, professor İbrahim Məmmədov, Üzvi kimya kafedrasının professoru Namiq Şıxəliyev çıxış edərək rəy və təkliflərini bildiriblər.

Səsvermə yolu ilə diplom işləri müvafiq meyarlar üzrə qiymətləndirilib, məzun tələbələrə bakalavr ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: