Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün keçirilən müsabiqənin test imtahanları yekunlaşıb
02.07.2020 11:50
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün keçirilən müsabiqənin test imtahanları yekunlaşıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən AMEA-nın Naxçıvan Bölməsinin elmi müəssisələrində olan vakant vəzifələrin tutulması üçün 10 oktyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanları keçirilib.

Müsabiqəyə çıxarılmış 27 vakant vəzifənin tutulması üçün 14 nəfər sənəd təqdim edib. Test imtahanında iştirak etmiş 12 namizəddən 7-si müvafiq keçid balını toplayıb. Qanunvericiliyə uyğun olaraq, keçid balını toplamış şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıblar.

Nəticələr Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında yerləşdirilib.

Qeyd edək ki, imtahan zamanı karantin rejiminin tələblərinə ciddi əməl olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: