Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Polşada “Maddi və qeyri-maddi irsin qorunması arasında mədəni irsin seqmentləri” adlı VI elmi konfrans keçirilib
02.07.2020 12:15
  • A-
  • A
  • A+

Polşada “Maddi və qeyri-maddi irsin qorunması arasında mədəni irsin seqmentləri” adlı VI elmi konfrans keçirilib

Polşanın Krakov şəhərində yerləşən Yagellon Universitetinin təşkilatçılığı ilə “Maddi və qeyri-maddi irsin qorunması arasında mədəni irsin seqmentləri” mövzusunda VI elmi konfrans keçirilib.

Dünyada hökm sürən epidemioloji vəziyyətlə əlaqədar olaraq onlayn keçirilən konfransa Polşanın elm və dövlət xadimləri, eləcə də xarici ölkələrin, həmçinin Azərbaycanın elm və təhsil ocaqlarının alimləri qoşulublar.

Beynəlxalq tədbirdə AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Tarixi abidələr: milli-mənəvi dəyərlər xəzinəsinin ən qiymətli incisi” mövzusunda məruzə ilə çıxış edib.

Konfransda, həmçinin Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun “Azərbaycanda müasir dövrümüzə qədər qorunub saxlanılan bütpərəst abidələr” mövzusunda məruzəsi dinlənilib. 

İştirakçılara Azərbaycan ərazisində qədim dövrlərdən bu günümüzədək gəlib çatmış bütpərəst abidələr, eləcə də Qız Qalası, Yanardağ, Qobustan, Atəşgah, Beşbarmaq dağı və respublika ərazisində yaşayan tayfalar haqqında ətraflı məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: