AMEA-nın Geologiya və Geofizika İnstitutunda magistrantların yay imtahan sessiyası davam edir.
Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar magistrantların imtahanları “Zoom” platforması və “Skype” proqramı üzərindən onlayn təşkil olunur. İnstitutda "Geologiya", "Geologiya mühəndisliyi" və "Geofizika mühəndisliyi" ixtisasları üzrə təhsil alan I kurs magistrantlar müvafiq fənlərdən imtahan verirlər.
Xatırladaq ki, magistrantlar iyunun 25-dən başlayaraq "Geostatistika", "Dəniz geofiziki tədqiqat üsulları", "Regional geologiya" və "Geodinamika" fənləri üzrə biliklərini sınayıblar. Növbəti günlərdə isə onlar "Tətbiqi geofizika", "Geologiyada riyazi üsullar", "Neft və qaz yataqlarının birbaşa axtarışı", "Neft-qaz hövzələrinin modelləşdirilməsi" fənləri üzrə imtahanlar verəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.