Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” kitabı nəşr olunub
03.07.2020 10:17
  • A-
  • A
  • A+

“Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” kitabı nəşr olunub

AMEA-nın Zoologiya İnstitutunda “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” kitabı nəşr olunub.

Son illərdə onurğalı heyvan növlərinin bir çoxunun təsnifatında dəyişikliklər aparıldığından oxuculara təqdim edilən “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” kitabında onurğalılar faunasına daxil olan dəyirmiağızlılar, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər siniflərinə mənsub olan növlər yeni təsnifat statusu ilə daxil edilib.

AMEA Rəyasət Heyətinin qərarına əsasən çap olunan kitab mütəxəssislər, tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: