Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda onlayn doktorluq imtahanları keçirilib
03.07.2020 10:24
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda onlayn doktorluq imtahanları keçirilib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 2020-ci il 12 iyun tarixli “Yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən, Kataliz və Qeyri- üzvi Kimya İnstitutunda "Qeyri-üzvi kimya" və "Elektrokimya" ixtisasları üzrə doktorluq minimum imtahanı onlayn rejimdə keçirilib.

Akademiyanın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyevin əmri əsasında, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının sədrliyi ilə imtahan komissiyası yaradılıb. Doktorantların bilikləri komissiya tərəfindən onlayn olaraq qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: