www.science.az
06.07.2020 13:00

Dendrologiya İnstitutunun təcrübə sahəsində ekoloji təmiz kənd təsərrüfatı məhsulları yetişdirilir

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Azərbaycan televiziyasına müsahibə verib.

T.Məmmədov müsahibəsində rəhbərlik etdiyi institut tərəfindən Abşeron rayonu Saray qəsəbəsində fəaliyyət göstərən təcrübə sahəsində ekoloji təmiz kənd təsərrüfatı məhsullarının (tərəvəz, bostan, dənli, bitkilər) yetişdirildiyini bildirib.

Alim vurğulayıb ki, təsərrüfat əhəmiyyətli efir yağlı bitkilər qruplaşdırılaraq sedativ xüsusiyyətləri təhlil edilib, məhsuldar bitkilərin keyfiyyətli sortların seçilməsi məqsədi ilə institutun Saraq Dayaq Məntəqəsində 5 mindən çox dərman kimi istifadə olunan bitkilər əkilib.

Qeyd edək ki, Saray Dayaq Məntəqəsində dərman əhəmiyyətli bitkilərin Abşeron torpaq-iqlim şəraitinə davamlılığı, bioloji, ekoloji və dekorativlik xüsusiyyətləri elmi əsaslarla öyrənilib, Cupressus L., Thuja L., Pinus L. cinsinə aid növlərin əkilmiş toxumları müsbət nəticə verib, 4 hektar ərazidə yumuşaq buğda sortundan keyfiyyətli məhsul əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.