www.science.az
06.07.2020 13:07

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda magistrantların onlayn imtahanları davam edir

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I kurs magistrantların yay imtahan sessiyası davam edir.

Ölkə ərazisində tətbiq olunan karantin rejimi ilə əlaqədar magistrantların imtahanları “Zoom” platforması üzərindən onlayn təşkil olunur.

İndiyədək magistrantlar tədris planında nəzərdə tutulan fənnlərdən - "Kompozit materiallar", "Qeyri-üzvi kimyada fiziki metodlar", "Ali məktəb pedaqoqikası", "Fəlsəfə", "Psixologiya", "Fotokimyəvi və zəncirvari reaksiyalar", "Kimyəvi reaksiyaların modelləşdirilməsi" imtahanlarını müvəffəqiyyətlə veriblər.

Magistrantlar bu gün "Müasir fiziki-kimyəvi tədqiqat üsulları", “Smart polimerlər” və “Biomimetik sensorlar” fənnlərindən  imtahan verirlər. Onlar şifahi olaraq 5 sualı cavablandırırlar.

Qeyd edək ki,  magistrantlar iyulun 13-də "Lak-boya materialları" və “Smart polimerlər ” fənnlərindən sonuncu imtahanı verməklə yay sessiyasını başa vuracaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.