Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yaponiya kosmik tullantıları lazerlə məhv edəcək
06.07.2020 14:44
  • A-
  • A
  • A+

Yaponiya kosmik tullantıları lazerlə məhv edəcək

Yaponiyanın “JSAT” peyk şirkəti lazerin köməyi ilə kosmik tullantıların aradan qaldırması üzrə planlarını açıqlayıb. Belə ki, şirkət lazerlə təchiz edilmiş, kosmik tullantıları məhv etməyə kömək edəcək peyki 2026-cı ildə orbitə göndərməyi planlaşdırır. İlk işlər aktiv peyklərlə rastlaşa bilmə ehtimalı olan tullantıların kiçik fraqmentləri üzərində aparılacaq.

popmech.ru saytının məlumatına görə, zəif lazerlə təchiz edilmiş peyk tullantıları qısa impulslar vasitəsilə hədəfə alır. Bu üsulla tullantıların hər parçasının müəyyən kiçik hissəsinin əridilməsi planlaşdırılır. Beləliklə, kosmik tullantı öz trayektoriyasını dəyişdirəcək və Yer kürəsinin atmosferinə doğru hərəkət edərək burada tamamilə yanacaq.

  • Paylaş: