www.science.az
06.07.2020 15:00

Zoologiya İnstitutunun magistrantı Azərbaycanda onurğalılar faunasının müasir vəziyyəti fənnindən imtahan verib

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq AMEA-nın Zoologiya İnstitutunda magistrantların yay imtahan sessiyası onlayn davam etdirilir.

İnstitutun magistratura pilləsində "Onurğalılar zoologiyası" ixtisası üzrə təhsil alan I kurs magistrantı Nigar Vəliyevanın yay sessiyasında növbəti imtahanı keçirilib.

“Zoom” platforması üzərindən keçirilən imtahanda magistrant Azərbaycanda onurğalılar faunasının müasir vəziyyəti fənnindən imtahan verib və yüksək nəticə əldə edərək “əla” qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.