Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Təbii mənşəli karbon turşuların dekarboksilləşməsi” adlı monoqrafiya nəşr olunub
09.07.2020 11:16
  • A-
  • A
  • A+

“Təbii mənşəli karbon turşuların dekarboksilləşməsi” adlı monoqrafiya nəşr olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları - professorlar Arif HəsənovLeylufər Əliyeva və kimya üzrə fəlsəfə doktoru, dosent İlqar Əyyubovun həmmüəllifli olduğu “Təbii mənşəli karbon turşuların dekarboksilləşməsi” adlı monoqrafiya çapdan çıxıb. 

Rus və ingilis dillərində tərtib olunan monoqrafiyada neft-kimya sintez məhsullarının çeşidini genişləndirmək üçün müxtəlif katalizatorların iştirakı ilə bərpa olunan xammaldan təcrid olunmuş üzvi karboksilli turşuların, o cümlədən neft turşularının dekarboksilləşməsinin öyrənilməsinə dair materiallar yer alıb.

Kitabda təbii və sintetik aluminosilikatlar, həmçinin metal oksidləri olan nano ölçülü katalizatorların iştirakı ilə karboksilik və neft turşularının bütün siniflərinin dekarboksilləşmə reaksiyasının elmi cəhətlərinin nəticələri əks olunub.

Yeni nəşr magistr və doktorantlar, eləcə də neft-kimya sintezi sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: