Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Magistrantların yay imtahan sessiyası başa çatıb
13.07.2020 14:00
  • A-
  • A
  • A+

Magistrantların yay imtahan sessiyası başa çatıb

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 2019/2020-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası başa çatıb.

Karantin rejiminin tələblərinə uyğun olaraq onlayn təşkil edilən imtahanların sonuncusu "Kimyada təqribi həll üsulları" fənnindən keçirilib.

Qeyd edək ki, 15 iyun 2020-ci il tarixindən başlayan imtahan sessiyası təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq “Zoom” platforması üzərindən keçirilib. 

Pandemiya dövründə xüsusi karantin rejiminin tələbləri və distant tədrisin reallıqları nəzərə alınaraq, imtahan sessiyasında magistrantların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün tam şərait yaradılıb.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev mütəmadi olaraq yay imtahan sessiyasına qoşulmuş, magistrantlara təklif və tövsiyələrini vermişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: