Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb
13.07.2020 14:21
  • A-
  • A
  • A+

AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb

Azərbaycanın bütün elm və təhsil şəbəkələrini təmsil edən AzScienceNet elm-kompüter şəbəkəsinin Əsasnaməsi hazırlanıb.

Bu barədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov məlumat verib. Bildirib ki, Əsasnamə institutun Elmi şurasının 5 iyun 2020-ci il tarixli iclasının müvafiq qərarına əsasən hazırlanıb.

R.Ələkbərov AzScienceNet şəbəkəsinin əsas məqsədinin elmi tədqiqat və təhsil sahələrinə, texnoloji və innovativ xarakterli tətbiqi işlərə dəstək verməkdən ibarət olduğunu söyləyib.

O, qarşıya qoyulan məqsədlərə çatmaq üçün texnoloji inkişaf və fəaliyyət planlarının hazırlanması, onların maliyyə və maddi-texniki təminatı üçün tədbirlərin görülməsi, AMEA-nın institut və təşkilatlarının İnternet və şəbəkə xidmətləri ilə təmin edilməsi, eləcə də elm və təhsil sahələrində beynəlxalq əməkdaşlığın həyata keçirilməsinin əsas vəzifələrdən olduğunu vurğulayıb.

Direktor müavininin sözlərinə görə, dövlətin elm və təhsil siyasətinin texnoloji aspektlərini formalaşdırmaq üçün proqnozların hazırlanması, əməkdaşların xaricə göndərilməsi, həmçinin xarici alim və mütəxəssislərin ölkəyə dəvət olunması, əməkdaşların, o cümlədən gənc mütəxəssislərin kvalifikasiya səviyyəsinin yüksəldilməsi də perspektivdə görüləcək işlər sırasındadır.

Direktor müavini, həmçinin AzScienceNet şəbəkəsinin Verilənlərin Emalı Mərkəzinin əməkdaşlarının yeni binaya köçürülməsinin nəzərdə tutulduğunu qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: