Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft-Kimya Prosesləri İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb
14.07.2020 10:08
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda I kurs magistrantların "Neft kimyası", "Nanomateriallar kimyası" və "Ətraf mühit kimyası" ixtisaslaşmaları üzrə "Aşqarlar haqqında məlumat", "Nanokarbon əsasında yeni katalitik sistemlərin sintezi və onların iştirakı ilə müxtəlif kimya proseslərində istifadə perspektivləri haqqında" və "Ekologiya" fənlərindən imtahanları keçirilib.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq respublika ərazisində sərt karantin rejimi səbəbindən imtahanlar “Zoom” proqramı vasitəsilə onlayn keçirilib. İmtahanlarda magistrantlar yüksək nəticə əldə ediblər.

Neft-Kimya Prosesləri İnstitutunda magistrantların 2019-2020-ci tədris ili üzrə yay imtahan sessiyası uğurla başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: