Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

COVID-19-a yenidən yoluxmaq mümkündür
14.07.2020 11:44
  • A-
  • A
  • A+

COVID-19-a yenidən yoluxmaq mümkündür

Alman həkimləri koronavirusa təkrar yoluxmanın mümkün olduğunu hesab edirlər. Bu haqda Almaniyanın Şvabinq klinikasının Yoluxucu xəstəliklər bölməsinin baş həkimi Klemens Vendtner məlumat verib.

poisknews.ru saytının məlumatına görə, müəyyən müddət öncə COVID19-a yoluxmuş xəstələrin qanında anticismlərin sayının azalması yenidən virusa yoluxma ehtimalının olduğunu göstərir. Həkimlər yanvar ayında koronavirus keçirmiş xəstələrdən analiz götürərək aydınlaşdırıblar ki, bu pasiyentlərdə anticisim səviyyəsi aşağıdır.

“Xüsusi testin nəticələrinə görə, 9 pasiyentdən 4-də neytrallaşdırıcı anticisimlərin sayında azalma müşahidə olunur”, – deyə K.Vendtner bildirib.

  • Paylaş: