Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində “Yer təkinin seysmotomoqrafiyası” beynəlxalq laboratoriyası yaradılacaq
19.11.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində “Yer təkinin seysmotomoqrafiyası” beynəlxalq laboratoriyası yaradılacaq

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində ABŞ-ın Missuri-Kolumbiya Universitetinin Geoloji Elmlər Departamenti ilə birgə “Yer təkinin seysmotomoqrafiyası” beynəlxalq laboratoriyası yaradılacaq. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişliyə tapşırılıb ki, beynəlxalq laboratoriyanın elmi proqramını hazırlayıb AMEA Rəyasət Heyətinə təqdim etsin.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə olunub.

Qeyd edək ki, Mərkəz 2007-ci ildən Missuri-Kolumbiya Universitetinin Geoloji Elmlər Departamenti ilə birgə zəlzələ və yerdəki küy məlumatları əsasında Yer qabığı stukturunun öyrənilməsində istifadə olunan yeni və perspektivli metodlarla təhlili istiqamətində tədqiqat aparır. Bu metodların tədbiqi Yer qabığının regional və lokal srtukturlarını yüksək dəqiqliklə öyrənərək mükəmməl geodinamik modellərin qurulmasına imkanlar verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: