Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA “Gənclər üçün Prezident Mükafatı”na 4 gənc alimin namizədliyini irəli sürəcək
19.11.2014 00:00
  • A-
  • A
  • A+

AMEA “Gənclər üçün Prezident Mükafatı”na 4 gənc alimin namizədliyini irəli sürəcək

Azərbaycan Milli Elmlər Akademiyası “Gənclər üçün Prezident Mükafatı”na 4 gənc alimin namizədliyini irəli sürəcək. Bu haqda qərar AMEA Rəyasət Heyətinin noyabrın 19-da keçirilən iclasında qəbul olunub.

Qərarla bağlı fikirlərini bölüşən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev namizədlərin müvafiq Ekspert komissiyasına təqdim olunmuş 14 nəfər arasından seçildiyini və Rəyasət Heyətinə təklif edildiyini bildirib. R.Əliquliyev akademiyanın mükafata layiq bildiyi gənc alimlərin siyahısının dekabrın 1-dək Azərbaycan Gənclər və İdman Nazirliyinə təqdim ediləcəyini diqqətə çatdırıb.

Prezident mükafatına namizədlər AMEA İdarəetmə Sistemləri, İnformasiya Texnologiyaları institutlarının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, həmçinin Gəncə Bölməsinin elmi nəticələri ilə fərqlənən gəncləridir. Bunlar texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova, İdarəetmə Sistemləri İnstitutunun elmi işçisi Nərmin Rzayeva, Ədəbiyyat Muzeyinin elmi işçisi Kəmalə Nuriyeva və Gəncə Bölməsinin elmi işçisi Elnur Həsənovdur.

Qeyd edək ki, mükafat 10 min AZN, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: