Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsinin büro iclası keçirilib
27.10.2014 00:00
  • A-
  • A
  • A+

Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsinin büro iclası keçirilib

AMEA Fizika İnstitutunda Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsinin büro iclası keçirilib. İclası giriş sözü ilə bölmənin akademik-katibi, akademik Akif Hacıyev açıb.

Sonra çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovgündəlikdə duran məsələlər haqqında məlumat verib.

İnstitutun İnnovasiya və Transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov “AMEA Fizika İnstitutunda qabaqcıl nazik təbəqəli texnologiyaların inkişafı” adlı məruzə ilə çıxış edib. A.Bayramov məruzəsində Fizika institutunda aparılan elmi-tədqiqatlar, əldə olunan elmi nailiyyətlər, həmçinin burada mövcud olan ən müasir texnoloji və tədqiqat avadanlıqları haqqında məlumat verib. Məruzənin sonunda A.Bayramov çoxsaylı sualları cavablandırıb.

Qeyd olunub ki, İnnovasiya sektorunun qaydalarına əsasən, Fizika İnstitutunda mövcud olan avadanlıqlardan digər institutun əməkdaşları yararlana bildiyi halda, onlar bu imkanlardan istifadə etmirlər. Bu məsələnin Rəyasət Heyətinin iclasında müzakirə olunması qərara alınıb.

Sonda Azərbaycan Dövlət Neft Şirkətinin “Elm Fondu”nun qalibi olmuş qrant layihələrinin hesabatları dinlənilib və qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: