Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan Milli Elmlər Akademiyasında elmi-tədqiqat proqramlarının müsabiqəsi keçirilir
28.10.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan Milli Elmlər Akademiyasında elmi-tədqiqat proqramlarının müsabiqəsi keçirilir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi-tədqiqat işlərini yeni əsaslarla təşkil etmək istiqamətində bəzi tədbirlər həyata keçirir. AMEA Rəyasət Heyətinin 9 aprel 2014-cü il tarixli qərarı ilə elan olunmuş elmi-tədqiqat proqramlarının müsabiqəsi tədqiqatların genişləndirilməsinə imkan verəcək.

Məqsəd alimlər və elmi kollektivlər arasında sağlam rəqabətin təmin edilməsi və obyektiv maliyyələşdirilməsidir. Qərarda qeyd olunduğu kimi, elmi-tədqiqat mövzuları, proqram və layihələrin müsabiqə yolu ilə maliyyələşdirilməsi dünya təcrübəsində də özünü doğruldan uğurlu sistemdir.

 Müsabiqəyə təqdim olunan proqramlar qarşısında qoyulan tələb onların elmi və texnoloji problemlərin həlli üzrə fundamental və tətbiqi elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinə uyğun olaraq elm sahələrinin qovşağında hazırlanmasıdır. 

Eyni zamanda, araşdırmalar ölkəmizin sosial-iqtisadi və mədəni inkişafına, onun müdafiə qüdrətinin artırılmasına xidmət etməlidir. 

Yalnız AMEA-nın əməkdaşlarının iştirakı ilə keçirilən müsabiqəyə təqdim olunmuş 142 proqram layihəsi hazırda Ekspert Komissiyası tərəfindən qiymətləndirilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: