www.science.az
29.10.2014 00:00

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının alimləri İranda keçirilən beynəlxalq qurultayda iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının alimləri İranın Kərəc şəhərində keçirilmiş “Dekorativ Bitkilər üzrə I Milli Qurultay”da iştirak ediblər.

 İranın Kənd Təsərrüfatı Biotexnologiyası Elmi Tədqiqat İnstitutu tərəfindən təşkil olunmuş bu qurultayda Respublikamızı Mərkəzi Nəbatat Bağının “Çiçəkçilik”laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərov və həmin laboratoriyanın elmi işçisi Ofeliya Qafarova təmsil etmişdir. 

Tədbirdə bitkilərin introduksiyası, hibridləşdirilməsi, molekulyar seleksiyası mövzularında geniş müzakirələr aparılmışdır. Azərbaycanlı alimlər çox maraqla qarşılanan “Azərbaycan bağ qızılgüllərinin introduksiyası və seleksiyası” mövzusunda məruzə etmişlər.

Qeyd edək ki, qurultayda ölkəmizdən başqa Türkiyə, Hollandiya, Yaponiya və başqa ölkələrin mütəxəssisləri də iştirak etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.