Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Axşam görüşləri” verilişi Xalq yazıçısı Gülhüseyn Hüseynoğluna həsr olunacaq
28.07.2020 11:19
  • A-
  • A
  • A+

“Axşam görüşləri” verilişi Xalq yazıçısı Gülhüseyn Hüseynoğluna həsr olunacaq

İyulun 28-də saat 23:00-da Azərbaycan Radiosunda, FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” ədəbiyyatşünas alim, Azərbaycanın Xalq yazıçısı, professor Gülhüseyn Hüseynoğluna həsr ediləcək.

Verilişin aparıcısı AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur. 

Qeyd edək ki, G.Hüseynoğlu görkəmli Azərbaycan şairi Mikayıl Müşfiq barədə elmi-monoqrafik əsərin, tədqiqat xarakterli məqalələrin müəllifi olub. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, onun bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: