Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Yüksək Texnologiyalar Parkının Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib
29.07.2020 11:47
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkının Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

AMEA Rəyasət Heyətinin 16 iyul 2020-ci il tarixli qərarı ilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.

Qərara əsasən, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Müşahidə Şurasının sədri, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov Müşahidə Şurasının katibi təyin edilib.

Yeni qərarda şuranın üzvləri siyahısında AMEA-nın vitse-prezidentləri, akademiklər Rasim Əliquliyev və İradə Hüseynova, eləcə də Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: