Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Çingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyası işıq üzü görüb
06.08.2020 12:43
  • A-
  • A
  • A+

“Çingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyası işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlinin “Çingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çap olunub.

Müəssisənin “Sənətkarın elmi pasportu” seriyasından işıq üzü görən nəşrin elmi redaktoru və “Əbədi mogikan” adlı “Ön söz”ünün müəllifi AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.

Kitabın rəyçiləri Qırğızıstan Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, tanınmış aytmatovşünas alim, akademik Abdıldajan Akmataliyev və müəssisənin Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyevdir. Məsul redaktorlar türk xalqları ədəbbiyyatının tədqiqatçıları, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova və Maya Həsənlidir.

Monoqrafiyada dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun həyatı, bədii yaradıcılığı (hekayələri, povestləri, romanları, dramaturgiyası və poeziyası) tam şəkildə araşdırmaya cəlb edilib. Tədqiqat işində eyni zamanda Çingiz Aytmatovun yaradıcılığı kontekstində repressiya, dünya müharibəsi kimi mövzuların Azərbaycan-qırğız nəsrində inikası, yazıçının Azərbaycanla ədəbi-mədəni əlaqələri, əsərlərinin ölkəmizdə öyrənilməsi, tərcüməsi və nəşri məsələləri araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: