Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının yeni sayı işıq üzü görüb
14.08.2020 13:27
  • A-
  • A
  • A+

Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının yeni sayı işıq üzü görüb

AMEA-nın Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının növbəti nömrəsi çapdan çıxıb.

İngilis dilində təqdim olunan jurnalın baş redaktoru institutun direktoru, akademik Validə Əlizadədir. Jurnalın əsas məqsədi respublikada aparılan bitki və göbələk tədqiqatlarının beynəlxalq aləmə inteqrasiyasını təmin etmək üçün bu sahədə  çap olunan elmi əsərlərin səviyyəsini inkişaf etdirmək, onları bioloji tədqiqatların müasir tələblərinə uyğunlaşdıraraq beynəlxalq aləmdə aparılan tədqiqatlara töhfə verməkdir.

Nəşrin bu sayında müşahidə və təhlilə əsaslanan klassik botaniki, mikoloji araşdırmalarla yanaşı, eksperimental botaniki tədqiqatlara dair elmi məqalələr yer alıb. Hazırda jurnal "WoS" və "Scopus" elmmetrik məlumat bazalarına qiymətləndirmə üçün təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: