Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan alimi Moskvada keçirilmiş beynəlxalq elmi konfransda iştirak edib
27.11.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimi Moskvada keçirilmiş beynəlxalq elmi konfransda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə noyabrın 20-dən 21-dək Moskva şəhərində (Rusiya) “Fəlsəfə ictimai sahədə” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib. Rusiya Elmlər Akademiyasında Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş konfransa Azərbaycanla yanaşı, Qazaxıstan, İrlandiya, Belarus və digər ölkələrdən də alimlər qatılıblar. 

İlham Məmmədzadə “Modern və maarifçilik: birlikdə və ya ayrı” adlı məruzəsində bildirib ki, müasir fəlsəfədə modernlə maarifçiliyin münasibətləri birmənalı deyil. O, maarifçiliyə yeni baxışın zəruri olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: