Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun iclası keçirilib
02.12.2014 00:00
  • A-
  • A
  • A+

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Kempinski Hotel Badamdar ”da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası öz işinə başlayıb.

Tədbirdə QDİƏT-ə üzv olan Azərbaycan, Türkiyə, Serbiya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Moldova, Ukraynadan ekspertlər qatılıb. İclasda, həmçinin təşkilatın İstanbulda yerləşən Daimi Katibliyinin rəhbərliyi, Təşkilatın Parlament Assambleyasının, Yunanıstanda fəaliyyət göstərən Qara Dəniz Tədqiqatları Beynəlxalq Mərkəzinin, üzv dövlətlərin Bakıdakı səfirliklərinin nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən fondun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev tədbirin əsas məqsədi haqqında məlumat verib. Bildirib ki, fond QDİƏT-in Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun fəaliyyətini əlaqələndirəcək.

İki gün davam edəcək iclasda müzakirə olunan planlar və bəyannamə müvafiq ölkələrin elm və texnologiya üzrə nazirlərinin 2014-cü il 3 dekabr tarixində baş tutacaq yüksək səviyyəli iclasında qəbul olunmaq üçün təqdim ediləcək. Qeyd edək ki, müzakirəyə elm və texnologiya üzrə əməkdaşlıq sahəsində iki və dörd illik Fəaliyyət Planları, Bəyannamə, digər müvafiq sənədlər çıxarılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: