Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Belçikada hava keyfiyyətinin idarə olunmasına dair yekun konfransda iştirak edib
08.12.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Belçikada hava keyfiyyətinin idarə olunmasına dair yekun konfransda iştirak edib

AMEA Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Belçikanın Brüssel şəhərində “Hava keyfiyyətinin idarə olunması” üzrə Regional layihənin yekunlarına həsr olunmuş konfransda iştirak edib. Layihə çərçivəsində Bakı şəhərində hava keyfiyyətinin yaxşılaşdırılması üçün Fəaliyyət Planı işlənilib, Sumqayıt şəhərində emissiya mənbələrinin inventarlaşdırılması həyata keçirilib, nəqliyyat vasitələrindən atmosferə atılan tullantılar hesablanıb və Transsərhəd Kontekstdə uzaq məsafələrdə havanın çirklənməsi Konvensiyasının Protokollarına daxil olmaq üçün Milli FP hazırlanıb. Azərbaycanın Hava keyfiyyətinin idarə olunması üzrə Qanunvericiliyinə əlavə və dəyişikliklərin edilməsi haqqında təkliflər irəli sürülüb.

Qeyd edək ki, layihə Avropa Birliyinin maliyə dəstəyi ilə Keçmiş SSRİ-nin 7 ölkəsində həyata keçirilib.

Layihənin ölkə üzrə Milli koordinatoru İslam Mustafayevin sözlərinə görə, AMEA, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli Məclisin təmsilçilərinin iştirak etdiyi yekun tədbirdə layihənin uğurla həyata keçirildiyi ölkələr sırasında Azərbaycan da olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: