Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

YT Parkda texnologiyaların transferi və elmin kommersiyalaşdırılmasına dair müzakirələr aparılıb
18.09.2020 12:23
  • A-
  • A
  • A+

YT Parkda texnologiyaların transferi və elmin kommersiyalaşdırılmasına dair müzakirələr aparılıb

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) ilə əməkdaşlığı çərçivəsində “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi çərçivəsində bacarıqların inkişaf etdirilməsi üzrə onlayn seminar keçirilib.

Seminarda Seul Universiteti və “Gyeongbuk”, “Gyeonggi”, “Daejeon”, “Daegu” texnoparklarını təmsil edən ekspertlərin məruzələri dinlənilib və dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Sonda YT Parkın ekspertləri tərəfindən STEPI-yə təqdim edilmiş layihə üzrə hesabatın ilkin variantı müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: