Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu jurnalda dərc olunub
18.09.2020 14:37
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu jurnalda dərc olunub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, Fizika İnstitutunun laboratoriya müdiri, professor İmadəddin Əmiraslanov və Azərbaycan Dövlət Neft və Sənaye Unuversitetinin dosenti Ziya Əliyevin xarici həmkarları ilə birlikdə növbəti məqaləsi impakt faktoru 13.7 olan jurnalda dərc edilib.

Amerika Kimya Cəmiyyətinin (ACS) “ASC Nano” jurnalında dərc edilən məqalə beynəlxalq müştərək tədqiqatların nəticəsi olaraq hazırlanıb.

Məqalədə spin, zaman və bucaq ayırdetmə fotoemissiya spektroskopiyasının ab-initio hesablamaları kombinə edilməsilə GeSb2Te4 kristalının Dirak semimetalik fazası yaxınlığında topoloji cəhətdən qeyri-trivial olduğunu əks etdirən təcrübi nəticələr təqdim olunur. Faza keçidinə malik xalkogenid materiallarında optik və elektrik xassələrinin olduqca kəskin dəyişməsi onlar əsasında müxtəlif yaddaş qurğularının yaradılmasına imkan verir.

Fermi səviyyəsini kəsib keçən və GeSb2Te4 fazasında keçiricilik üçün məsul olan xətti-dispersiyalı həcmi Dirak zolaqları bu fazaya üç ölçülü qrafen analoqu kimi baxmağa əsas verir. Bu yeni nəticə, faza keçidli materiallarda ətalətsiz Dirac cərəyanlarını reallaşdırmağa imkan yaradır. Bu materiallar yeni nəsil yaddaş qurğularının yaradılması üçün potensial baza maddələri hesab olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: